Bu ölkələrin daxili işlər nazirləri polonya sərhəddində
Almaniya, Fransa və Polşanın daxili işlər nazirləri Polşanın Ukrayna ilə sərhədində yerləşən qaçqınların toplaşdığı əraziyə baş çəkiblər.

Almaniya daxili işxlər naziri Nensi Faeser, Korçovadakı qaçqınların qəbulu mərkəzini ziyarətindən sonra sosial media hesabından açıqlama verib. “Ukraynalı qaçqınlara yardım etmək Avropanın əsas öhdəliyi olmalıdır. Ukraynada yaşanan faciədən canlarını xilas etməyə çalışan bu insanlara qarşı hamımız məsuliyyət daşıyırıq. Onların sığındıqları qonşu ölkələrə dərhal yardım əli uzadılmalıdır. Almaniya Polşaya qaçqınların qəbulu və logistika məsələlərində təcili yardımlarını davam etdirəcək. Polşa hökumətinə qaçqınlara göstərdiyi nümunəvi münasibətə görə minnətdarlığımı bildirirəm”-deyə Nancy Faeser qeyd edib.
Әlaqәli Xәbәrlәr

Əlverişsiz hava şəraiti Əfqanıstanı iflic edib
Havanın temperaturu gecə saatlarında paytaxt Kabildə mənfi 10, bəzi bölgələrdə isə 30 dərəcə olub