İndoneziyada Merapi vulkanı yenidən püskürməyə başlayıb

İndoneziyada Merapi vulkanın yenidən püskürməyə başlaması nəticəsində yüzlərlə insan ərazidən evakuasiya edilib.

1793086
İndoneziyada Merapi vulkanı yenidən püskürməyə başlayıb

Əhalinin sıx məskunlaşdığı Yava adasındakı Merapi vulkanda ötən gecə başlayan püskürmələrə görə yaxınlıqdakı yaşayış məntəqələri külə bürünüb. Səlahiyyətlilərin açıqlamasına görə 7 dəfə püskürən vulkanın yamaçlarına axan lava 5 kilometrə qədər irəliləyib.

Milli Fəlakətin Qarşısının Alınması Agentliyinin sözçüsü Əbdül Muhari təbii fəlakət nəticəsində 253 nəfərin təxliyə edildiyini, lakin Partlayışlarda can itkisinin olmadığını bildirib.

Qeyd edək ki, 2010-cu ildə Merapi vulkanın püskürməsi nəticəsində 347 nəfər həyatını itirdi, 20.000 insan bölgədən təxliyə edildi.



Әlaqәli Xәbәrlәr