Burkina Fasoda keçid hökuməti quruldu

Burkina Fasoda çevrilişdən sonrakı keçid dövrünün 36 ay olacağı bildirilib və bu müddətin sonunda seçkilərin keçirilməsinə qərar verilib

1790596
Burkina Fasoda keçid hökuməti quruldu

 

  Burkina Fasoda Baş nazir Albert Uedraoqo (Albert Ouedraogo) 25 nəfərdən ibarət keçid hökumətini qurdu.

  Hökumətin bəyanatına görə, 22 mülki və 3 nəfərin daxil olduğu keçid hökumətində Xarici işlər naziri Oliviya Raqnaqnevende Ruamba (Olivia Ragnaghnewende Rouamba), İqtisadiyyat naziri Seqlaro Abel Some (Seglaro Abel Some), Dini işlər naziri İssaka Sourvema (İssaka Sourwema) təyin ediliblər.

  Devrilmiş Kristian Rox Kabore (Christian Roch Kabore) hökumətində müdafiə naziri olmuş Bartelemi Simpore (Barthelemy Simpore) yenə öz vəzifəsində qalıb.  

  Burkina Fasoda çevrilişdən sonrakı keçid dövrünün 36 ay olacağı bildirilib və bu müddətin sonunda seçkilərin keçirilməsinə qərar verilib.

  Xatırladaq ki, xunta hökumətinin başçısı polkovnik-leytenant Pol-Anri Damiba (Pol-Henri Damiba) martın 2-də keçid dövrünün prezidenti təyin olunub, martın 3-də Uedraoqonu baş nazir təyin edib.

  Xatırladaq ki, Burkina Fasoda bir qrup hərbçi yanvarın 24-də hakimiyyəti ələ keçirib və dövlət televiziyasından çevriliş bəyanatı oxunub. Özünü Mühafizə və Yeniləşmə üçün Vətənpərvər Hərəkat (MPSR) adlandıran qrupun rəhbərinin polkovnik-leytenant Damiba olduğu açıqlanıb. Hərbçilər tərəfindən saxlanılan prezident Kabore isə daha sonra istefa verib.



Әlaqәli Xәbәrlәr