BAEA Zaporojye AES-də təhlükəsizlik sistemlərinin zədələnməsini qeydə almayıb

Zaporojye Atom Elektrik Stansiyasının təhlükəsizlik sistemləri zədələnməyib, radioaktiv maddələrin buraxılması baş verməyib.

1789969

Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib. Onun sözlərinə görə, bununla belə, vəziyyət “son dərəcə gərgindir” və Ukrayna agentliyə təcili kömək üçün müraciət edib.

Xatırladaq ki, martın 4-nə keçən gecə Zaporojye AES-in yaxınlığında yerləşən tədris-təlim kompleksində baş verən yanğın yerli vaxtla saat 6:20-də söndürülüb. 

İngiltərənin Baş naziri Boris Conson Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra Zaporojye AES-dəki vəziyyətlə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasına nail olmaq niyyətini elan edib.

Qeyd edək ki, Zaporojye AES quraşdırılmış gücünə görə Avropada ən böyük atom stansiyasıdır. Onun altı enerji bloku var. Birinci enerji bloku 1984-cü ilin dekabrında, sonuncusu isə 1995-ci ilin oktyabrında işə salınıb.

Әlaqәli Xәbәrlәr