ABŞ: Uçuşa qadağan zona Rusiya ilə müharibəyə səbəb olar

Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiya ilə müharibəyə səbəb ola biləcəyini əsas gətirərək Ukrayna hava məkanı üzərində uçuşa qadağa zonası yaradılması addımı atmayacaqlarını açıqlayıb.

1789557
ABŞ: Uçuşa qadağan zona Rusiya ilə müharibəyə səbəb olar

Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiya ilə müharibəyə səbəb ola biləcəyini əsas gətirərək Ukrayna hava məkanı üzərində uçuşa qadağa zonası yaradılması addımı atmayacaqlarını açıqlayıb.

Ağ Evin sözçüsü Cen Psaki bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin Ukrayna üzərində uçuşa qadağa zonası yaratmaq çağırışına cavab olaraq, ABŞ Ukrayna üzərində uçuşa qadağa zonası yaratmağı planlaşdırmır, çünki bu, Rusiya ilə toqquşma təhlükəsi yaradır.

Cen Psaki Ağ Evdə keçirdiyi mətbuat konfransında "Ukrayna üzərində uçuşa qadağa zonasının yaradılması onun həyata keçirilməsini tələb edir. Bu, ABŞ ordusundan Rusiya təyyarələrini vurmasını tələb edəcək və potensial olaraq Rusiya ilə birbaşa hərbi əməliyyatlara gətirib çıxaracaq" deyib.

Rusiyanın fevralın 24-də başlatdığı Ukrayna müharibəsinə görə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından (BMT TŞ) çıxarılması çağırışları barədə isə, "Hazırda biz bunu ehtimal kimi görmürük",- deyə o bildirib. 

ABŞ-ın Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar çərçivəsində Rusiya neftinin idxalına qadağa qoyulması çağırışlarına cavab verən Psaki bunun ABŞ-da qaz qiymətlərini artıracağını bildirib. 

ABŞ sözçüsü “Biz Rusiyaya iqtisadi təzyiq göstərərkən yanacağın qiymətinin qalxmasını istəmirik” ifadəsini işlədib.



Әlaqәli Xәbәrlәr