Fransa Ukraynada atəşkəs üçün səylərini davam etdirəcəyini bildirdi

Fransa prezidenti Emmanuel Makron Rusiyanın hücumları altında olan Ukraynada atəşkəsə nail olmaq və müharibəni dayandırmaq üçün səylərini davam etdirəcəklərini bəyan edib.

1788824

Yelisey Sarayından ictimaiyyətə müraciət edən Makron fevralın 24-dən bəri davam edən Rusiya-Ukrayna müharibəsində yüzlərlə ukraynalının həyatını itirdiyini bildirib.

Qarşıdakı günlərin daha çətin olacağını dilə gətirən Makron ukraynalıların qonşu ölkələrə köç etdiyini və Fransanın bu mövzuda üzərinə düşəni edəcəyini bildirib.

Makron Ukrayna prezidenti Vladimir Zelenskiyə dəstəyini ifadə edib.

Fransanın Avropa və NATO-nun istəmədiyi bu müharibənin qarşısını almaq üçün hər şeyi etdiyini dilə gətirən Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinin verdiyi öhdəliklərə zidd olaraq bu müharibəni üstün tutduğunu, Moskvanın hücuma məruz qalanın deyil, hücumun tərəfində olduğunu bildirib.

Fransa lideri deyib ki, bu müharibə Putinin iddia etdiyi kimi “nasizmə qarşı” deyil.

Ukraynada atəşkəsin təmin edilməsi və müharibənin dayandırılması üçün səylərini davam etdirəcəklərini ifadə edən Makron Rusiya ilə müharibə etmədiklərini, mümkün və lazım olduğu qədər Putinlə əlaqə saxlamağa davam edəcəyini söyləyib.

Әlaqәli Xәbәrlәr