Almaniya Rusiyaya görə dünyanın ən böyük motorlu yaxtasına əl qoydu

Almaniya mətbuatında çıxan xəbərlərə görə...

1788923
Almaniya Rusiyaya görə dünyanın ən böyük motorlu yaxtasına əl qoydu

 

  Almaniya Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar çərçivəsində özbək əsilli rusiyalı milyarder Əlişir Usmanova məxsus 600 milyon dollarlıq yaxtaya əl qoyub.

  Almaniya mətbuatında çıxan xəbərlərə görə, Hamburq əyalətinin səlahiyyətliləri Ə.Usmanovun Hamburq limanında 156 metr uzunluğundakı yaxtasını müsadirə edib.

  Ümumi tonajda dünyanın ən böyük motorlu yaxtası sayılan gəmi 2021-ci ilin oktyabr ayından Almaniyanın gəmiqayırma və mühəndislik şirkəti “Blohm+Voss” tərsanəsindəydi.

  Əlişir Usmanovun “Dilbar” yaxtası 2016-cı ildə Almaniyanın lüks yaxta istehsalçısı “Lürssen”dən 600 milyon dollara alınıb. Yaxtanın 65 kabinəsi var ki, 40 sərnişin və 80 ekipaj üzvünü qəbul edə bilir. Böyük hovuzdan başqa, yaxtada iki helikopter meydançası və sauna da var.



Әlaqәli Xәbәrlәr