“SpaceX”in peyk internet terminalları Ukraynaya çatdı
Ukrayna Baş nazirinin müavini və Rəqəmsal transformasiya naziri Mixaylo Fedorov “SpaceX”in "Starlink" peyk internet xidmətinə daxil olmaq üçün istifadə edilən bir sıra əlavə terminalların fotosunu paylaşıb
Texnologiya sahibkarı İlon Maskın (Elon Musk) göndərdiyi “SpaceX”in Starlink” peyk internet terminallarının Ukraynaya çatdığı bildirilir.
Ukrayna Baş nazirinin müavini və Rəqəmsal transformasiya naziri Mixaylo Fedorov “SpaceX”in "Starlink" peyk internet xidmətinə daxil olmaq üçün istifadə edilən bir sıra əlavə terminalların fotosunu paylaşıb.
“SpaceX”dən verilən məlumata görə, Ukraynada müharibə ilə əlaqədar internetdə fasilələr yarandığı üçün İlon Mask vədini yerinə yetirib.
Ukraynadakı internet istifadəçiləri üçün 136,76 Mbit/s yükləmə və 23,93 Mbit/s yükləmə sürəti qoşulub.
“Starlink” peykləri vasitəsilə bu giriş sürəti ilə yerli infrastrukturdan müstəqil internet təmin edilir.
Qeyd edək ki, “SpaceX”in “Starlink”i infrastrukturu olmayan dünyanın ucqar ərazilərinə ən yaxşı şəkildə yüksək sürətli genişzolaqlı internetə çıxışı təmin etmək üçün nəzərdə tutulmuş internet xidməti ilə tanınır.
Hazırda Yer orbitində 2000-dən çox funksional “Starlink” peyki var və “SpaceX”in 12.000-ə qədər kosmik gəmi buraxmaq icazəsi var. Lakin şirkət 30.000 peyk üçün müraciət edib.
Әlaqәli Xәbәrlәr
Nigeriyada girov götürülən 69 nəfər xilas edilib
Nigeriyada silahlı dəstələr tərəfindən girov götürülən 69 nəfər Bauçi əyalətində xilas edilib.

Kolumbiyada aramsız yağışlar torpaq sürüşmәlәrinә sәbәb olub
Kolumbiyada yağan aramsız yağışlar ölkәnin müxtәlif bölgәlәrindә fәsadlara sәbәb olub.