Ukrayna Rusiyanın hәrbi helikopterini vә ‘‘Su 25’’döyüş tәyyarәsini vurub

Ukrayna prezidenti Vladimir Zelenskinin gecәnin çәtin olacağı ilә bağlı etdiyi xәbәrdarlıqdan sonra Kiyevdәki yaşayış mәntәqәlәrinin yerlәşdiyi bölgәlәrdә sәhәrәdәk toqquşma vә partlayış sәslәri eşidildi.

1785883

Rusiya qoşunlarının  Kiyevin qәrbindәn şәhәrә daxil olmağa çalışdıqları bildirilib. Ukrayna Quru Qoşunları Komandanlığının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib ki, yerli vaxtla saat 04.08-dәn etibarәn Zәfәr prospekti yaxınlığındakı hәrbi birliyә edilәn hücumun qarşısı alınıb. Kiyevin Troyesçina sәmtindә dә silah sәslәrinin eşidildiyi vurğulanıb.Kiyevin Boqdan Hmelnittski küçәsindә dә sәhәr saatlarında  silah sәslәrinin eşidildiyi bildirilib. Vasilyev yaşayış mәntәqәsindә qarşıdurmaların yaşandığı qeyd olunub.

Ukrayna Silahlı Qüvvәlәrinin Baş Qәrargahının rәsmi ‘‘Facebook’’ sәhifәsindә verilәn bәyanatda Ukrayna ordusunun Rusiyaya mәxsus bir hәrbi helikopter, 2 ‘‘Su-25’’ döyüş tәyyarәsi vә ‘‘İl-76’’ tәyyarәsinin vurulduğu bildirilib.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.

Әlaqәli Xәbәrlәr