Aleksandr Lukaşenko: ‘‘Hәrbi birliklәrimiz Rusiyanın Ukraynada keçirdiyi әmәliyyatda iştirak etmir’’

Belarus prezidenti Aleksandr Lukaşenko Belarus ordusunun Rusiyanın Ukraynada keçirdiyi әmәliyyatlara qatılmadığını deyib.

1784559

Aleksandr Lukaşenko Müstәqillik Sarayında hәrbi rәsmilәr ilә fövqәladә iclas keçirib. Səhər saatlarında Ukraynanın dövlət sərhədinin Belarusun dəstəklədiyi rus hərbi birləşmələri tərəfindən hücuma məruz qalması xəbərini oxuduğunu bildirən Aleksandr Lukaşenko deyib: ‘‘Bizim hәrbi birliklәrimiz Rusiyanın Ukraynada keçirdiyi әmәliyyatda iştirak etmir’’.

Belarus prezidenti A.Lukaşenko Ukraynaya daha əvvəl xəbərdarlıq etdiyini xatırladaraq deyib ki, hər iki tərəf qan tökülməsinin və müharibənin qarşısını almaq üçün yollar axtarmalıdır.

Ukrayna vә Rusiyaya Minskdә müzakirәlәrin aparılmasını tәklif edәn Aleksandr Lukaşenko deyib: ‘‘Biz slavyanıq, üç slavyan xalqıyıq. Gəlin oturub taleyimizin gələcəyini əbədi olaraq təyin edək. Mən Ukrayna prezidenti Vladimir Zelenski olsaydım  bu tәklifi qucaqlayardım. Rusiya prezidenti Vladimir Putin deyir ki, biz işğalçı deyilik, Ukraynanı işğal etməyəcəyik. Daha nə lazımdır? Bu, danışıqların zәminini tәşkil edir’’.

Әlaqәli Xәbәrlәr