Danimarka sahillərində yüzlərlə ölü quş görünüb

Orhus Universiteti Ətraf Mühit Elmləri bölümünün Baş elmi işçisi və dəniz quşları üzrə ekspert Kraq Petersen Danimarkanın qərb sahilindəki vəziyyəti “ciddi” adlandırıb

1782334
Danimarka sahillərində yüzlərlə ölü quş görünüb

 

  Son günlər Şimal dənizində, Danimarkanın Fano adası yaxınlığındakı Yutland (Jutland) sahillərində yüzlərlə ölü quş görünüb.

  Tədqiqatçı Kim Fişer (Kim Fischer) Fanoda 200-ə yaxın müxtəlif dəniz quşu topladığını söyləyib.

  Quşların əksəriyyəti auk ailəsindən olan gilemotlar və qağayılardır. Onlar ətraflı öyrənilmək üçün Orhus (Aarhus) Universitetinə göndərilib.

  Sözügedən mövzu ilə bağlı K.Fişer deyib: “Hər gün sahilə yeni ölü quşlar vurur. Bu, hazırda Şimal dənizində quşların tələfatını göstərir”.

  Orhus Universiteti Ətraf Mühit Elmləri bölümünün Baş elmi işçisi və dəniz quşları üzrə ekspert Kraq Petersen Danimarkanın qərb sahilindəki vəziyyəti “ciddi” adlandırıb.

  Quşların fırtına səbəbindən yemək tapmaqda çətinlik çəkdikləri və öldükləri güman edilir.



Әlaqәli Xәbәrlәr