BMT TŞ-də sərt mübahisələr

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas Qrinfild Rusiyanı Ukraynanı daha da işğal etmək üçün bəhanə yaratmağa çalışmaqda ittiham edib.

1782709
BMT TŞ-də sərt mübahisələr

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas Qrinfild Rusiyanı Ukraynanı daha da işğal etmək üçün bəhanə yaratmağa çalışmaqda ittiham edərək, “Bu hərəkətin nəticələri Ukraynanın hüdudlarından kənarda da hiss olunacaq” deyib.

Linda Tomas Qrinfild Rusiyanın Ukraynanın çağırışı ilə təcili toplantı keçirən BMT Təhlükəsizlik Şurasının iclasında Ukraynanın şərqində müstəqilliklərini elan etmiş Donetsk və Luqanskı tanıyacağına dair bəyanatını tənqid edib.

Rusiyanın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə açıq şəkildə hücum etdiyini ifadə edən Tomas Qrinfild söz mövzusu iki bölgəyə əsgər göndərmə cəhdi üçün də "(Rusiya prezidenti Vladimir Putin) Onları sülhməramlılar adlandırır. Bu cəfəngiyyatdır. Biz onların əslində nə olduğunu bilirik. Bununla da o, dünyanın qarşısında seçim qoyub" deyib.

ABŞ səfiri bildirib ki, heç kim hadisələrin inkişafının qarşısında kənarda durmamalıdır:

"Üstəlik, prezident Putinin bu addımı açıq şəkildə Rusiyanın Ukraynanı daha da işğal etmək üçün bəhanə yaratmaq cəhdi üçün əsasdır. Bu hərəkətin nəticələri Ukraynanın hüdudlarından çox-çox uzaqlarda hiss olunacaq".

Tomas Qrinfild Putinin Rusiya imperiyasının ərazisinə qayıtmağa çalışdığına diqqət çəkərək "Putin istəyir ki, dünya keçmişə səyahət etsin. Biz 1919-cu ildə deyilik, 2022-ci ildəyik. BMT müstəmləkələşdirmə deyil, müstəmləkəsizləşdirmə prinsipi üzərində qurulub" deyib.

Tomas Qrinfild “Rusiyanın hərəkətlərinin nəticələrinin ağır olacağı” xəbərdarlığını edərək, bildirib ki, işğal davam edərsə, Avropa milyonlarla köçkünlə qaçqın böhranı yaşayacaq, eləcə də dağıdıcı insan itkiləri olacaq.

“Prezident Putin beynəlxalq sistemimizi sınaqdan keçirir, qətiyyətimizi sınayır” deyən Tomas Qrinfild görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada "Təhlükəsizlik şurası Rusiyanın müharibəyə başlamaması, diplomatiyaya üz tutması ilə bağlı ortaq mesaj verdi" deyib.

Təhlükəsizlik Şurasında çıxış edən BMT-nin Britaniyadakı daimi nümayəndəsi Barbara Vudvord Rusiyanın Ukraynaya hərəkətini pisləyib və bu hərəkətin bölgədə insan tələfatına və dəhşətli humanitar böhrana səbəb olacağını bildirib.

Vudvord İngiltərənin beynəlxalq hüququ pozaraq Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hücumlarına cavab olaraq Rusiyaya qarşı yeni sanksiyalar elan edəcəyini açıqlayıb:

"Hərəkətlərinin ciddi iqtisadi nəticələri olacaq. Rusiya bizi uçurumun astanasına gətirib. Rusiyanı geri çəkilməyə çağırırıq.Təhlükəsizlik Şurası Rusiyanı gərginliyi azaltmağa, onun təcavüzünü pisləməyə və BMT Nizamnaməsinə hörmət etməyə çağırmağa borcludur.

Qeyd edək ki, fevralın 21-i gecə Rusiya prezidenti Vladimir Putin qondarma “Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasının müstəqilliyi”nin tanınması haqqında fərman imzalayıb.



Әlaqәli Xәbәrlәr