Braziliyada daşqın nəticəsində ölənlərin sayı artır

Braziliyanın Rio-de-Janeyro əyalətində baş verən sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı 171-ə çatıb.

1781843
Braziliyada daşqın nəticəsində ölənlərin sayı artır

Braziliyanın Rio-de-Janeyro əyalətində baş verən sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı 171-ə çatıb.
Braziliya mətbuatının məlumatına görə, ötən həftə Rio-de-Janeyroda dağlıq Petropolis şəhərində baş verən daşqın və torpaq sürüşməsindən sonra könüllülər və yanğınsöndürənlərin axtarış-xilasetmə işləri davam etdirilib.

Daşqın və sürüşmə nəticəsində həyatını itirənlərin sayının 171-ə çatdığı, 126 nəfərin itkin düşdüyü, 856 nəfərin isə sığınacaqlarda olduğu bildirilib.

Petropolis Bələdiyyəsi küçələrin təmizlənməsi üçün aparılan genişmiqyaslı səylərə görə sakinləri evdə qalmağa çağırıb.
Qeyd edək ki,fevralın 15-də Rio-de-Janeyronun dağlıq bölgəsi olan Petropolisdə yağan güclü yağışdan sonra şəhərin hündür yerlərində torpaq sürüşmələr baş verib, küçələr, parklar, bazarları su basıb, avtomobil və avtobuslar su altında qalıb.



Әlaqәli Xәbәrlәr