Avropa kosmos yarışına qatılacağını açıqladı

Aİ Komissiyasından verilən məlumatda bildirilir...

1779507
Avropa kosmos yarışına qatılacağını açıqladı

 

  Avropa İttifaqı (Aİ) 6 milyard avroluq layihə ilə kosmos yarışına qatılacağını açıqladı.

  Aİ Komissiyasından verilən məlumatda bildirilir: "Aşağı Yer orbiti" peyk sistemi layihəsinin 2,4 milyardı Aİ büdcəsindən, qalan hissəsi isə Aİ ölkələri tərəfindən veriləcək. Dəyəri 6 milyard avro olan layihə Avropa İttifaqı ölkələrinin bütün dünyada təhlükəsiz, sərfəli peyk telekommunikasiya xidmətlərinə fasiləsiz, uzunmüddətli çıxışı təmin etmək məqsədi daşıyır və üzv dövlətlərin təhlükəsizliyi üçün zəruri olan kritik infrastrukturun qorunmasına və izlənməsinə töhfə verəcək.

  Beləliklə, Aİ-nin Afrika və Şimal Qütbü kimi Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edən bölgələrlə fasiləsiz əlaqəsinin təmin oluna biləcəyi paylaşılıb. Qeyd edilib ki, layihənin digər hissəsi kosmik nəqliyyatın idarə olunması üçün ayrılıb.

  Məlumdur ki, bu sahənin ən böyük investoru Amerikanın kosmik gəmi və raket istehsalçısı “SpaceX”in yaradıcısı İlon Maskdır.

  Digər tərəfdən, Avropa Komissiyası 2022-ci ilin sonuna qədər Avropa Müdafiə Fondundan müdafiə tədqiqatları və potensialının yaradılması layihələri üçün 1,9 milyard xərclənəcəyini açıqlayıb. Bildirilib ki, bu layihələr martın 10-11 tarixlərində Fransada keçiriləcək qeyri-rəsmi sammitdə müzakirə olunacaq.

 



Әlaqәli Xәbәrlәr