Əfqanıstanda saxlanılan 2 xarici jurnalist və BMT əməkdaşlarının aqibəti

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığından (UNHCR) verilən yazılı açıqlamada bildirilir...

1778408
Əfqanıstanda saxlanılan 2 xarici jurnalist və BMT əməkdaşlarının aqibəti

 

  Ötən həftə Əfqanıstanda saxlanılan 2 əcnəbi jurnalist və Birləşmiş Millətlər Təşkilatının (BMT) yerli əməkdaşları azad edilib.

  Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığından (UNHCR) verilən yazılı açıqlamada bildirilir: “Komissarlığın Əfqanıstan Ofisi ilə əməkdaşlıq edən və fevralın 11-də paytaxt Kabildə saxlanılan jurnalistlər və onların Əfqanıstan vətəndaşı olan BMT əməkdaşları bir gün sonra sərbəst buraxılıb. İndiyə qədər narahatlıqlarını ifadə və kömək təklif edənlərə təşəkkürümüzü bildiririk. Biz Əfqanıstan xalqının yanında olmağa davam edəcəyik”.

  Taliban sözçüsü Zabihullah Mücahid verdiyi yazılı açıqlamada xarici jurnalistlərin azad edildiyini, onların şəxsiyyət vəsiqəsi, lisenziya və lazımi rəsmi sənədlərinin olmadığı səbəbindən nəzarətə alındığını bildirib. O, Əfqanıstan BMT əməkdaşlarının niyə saxlanıldığı haqqında heç nə deməyib.

  Xatırladaq ki, Taliban hökumətinə bağlı təhlükəsizlik qüvvələri fevralın 11-də Kabildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə koordinasiya əsasında bölgədə çalışan 2 xarici jurnalisti və bir qrup yerli BMT əməkdaşını saxlamışdı. Xarici vətəndaşlardan biri britaniyalı jurnalist və BBC-nin keçmiş əməkdaşı Endryu Nort (Andrew North) olub.



Әlaqәli Xәbәrlәr