Nigeriyada qida çatışmazlığı tüğyan edir

Nigeriyanın şimal-şərqində törədilən terror aktları səbəbindən 1,4 milyon uşağın qida çatışmazlığı riski ilə üzləşdiyi bildirilir.

1776937
Nigeriyada qida çatışmazlığı tüğyan edir

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nigeriyadakı humanitar yardım koordinatoru Matthias Schmale ölkədə tüğyan edən qida çatışmazlığına dair açıqlama verib. “Ölkənin şimal-şərqində minlərlə insan Boko Haram üzvü terrorçuların hücumlarının qurbanı olur. Terror hücumları səbəbiylə 5 yaşa qədər olan 1,4 milyon uşaq qida çatışmazlığı riski ilə üz-üzə gəlib. Xüsusi ilə Borno, Adamava və Yobe ştatlarında hökm sürən aclıq milyonlarla uşağın həyatını təhlükəyə salıb”. Schmale beynəlxalq ictimaiyyəti 5,5 milyondan çox insana təcili yardım çatdıra bilmək üçün 1,1 milyard dollar ianə etməyə çağırıb.

Qeyd edək ki son illərdə həyata keçirilən əməliyyatlara baxmayaraq, Boko Haram hələ də Afrikanın ən çox əhaliyə sahib ölkəsi Nigeriyada ciddi təhlükəsizlik problemlər yaradır. 2000-ci illərin əvvəlindən ölkədə mövcud olan Boko Haram terror təşkilatının təşkil etdiyi kütləvi zorakılıqlarda 20 mindən çox insan həyatını itirib.



Әlaqәli Xәbәrlәr