Bu ölkədə bazar günü prezdent seçkiləri keçiriləcək

Almaniya Federativ Respublikasının (AFR) Konstitusiyasının 54-cü maddəsinə müvafiq olaraq növbəti dövlət başçısı seçkiləri bazar günün (13 fevral) keçiriləcək.

1777085
Bu ölkədə bazar günü prezdent seçkiləri keçiriləcək

Seçkilər Almaniya Bundestaqının plenar iclaslar salonunda keçiriləcək.
Hazırkı federal prezident Frank-Valter Ştaynmayer ikinci müddətə namizədliyini irəli sürmək niyyətində olduğunu elan edib.

Parlament partiyalarının əksəriyyəti Ştaynmayerin dövlət başçısı vəzifəsinə yenidən seçilməsini dəstəkləyir, hərçənd bu vəzifəyə bir neçə alternativ namizəd irəli sürülüb.

ASDP nümayəndəsi, İttifaq ilə “svetofor” koalisiyasının birgə namizədi Frank-Valter Ştaynmayerdən əlavə, solçular tərəfindən təklif edilmiş bitərəf namizəd Herhard Trabert, AdG tərəfindən təklif edilmiş XDİ nümayəndəsi Maks Ottes və “Azad seçicilər” tərəfindən təklif olunmuş Stefani Hebauer də bu vəzifəyə iddia edir.

Qeyd edək ki, Federal Prezident məxsusi olaraq seçkilər üçün toplanan Federal Məclis tərəfindən seçilir. Federal Prezidentin səlahiyyət müddəti beş ildir.



Әlaqәli Xәbәrlәr