Emmanuel Makron Vladimir Zelenski ilә görüşüb

Fransa prezidenti Emmanuel Makron Ukrayna- Rusiya  böhranı ilә bağlı konkret hәll yollarının tapıldığını irәli sürüb.

1775554
Emmanuel Makron Vladimir Zelenski ilә görüşüb

Fransa prezidenti Emmanuel Makron Ukrayna- Rusiya  böhranı ilә bağlı konkret hәll yollarının tapıldığını irәli sürüb.

Emmanuel Makron Ukraynanın paytaxtı Kiyevdә dövlәt başçısı Vladimir Zelenski ilә görüşüb.

Tәrәflәr keçirdiklәri görüşdәn sonra birgә mәtbuat konfransı tәşkil ediblәr.

Rusiya prezidenti Vladimir Putinin  Minsk razılaşmalarına hörmətlə yanaşacağını və gərginliyin artmasına səbəb olmayacağını dediyini ifadə edən Emmanuel Makron  Zelenskinin də bu mövzudakı öhdәliyini yerinә yetirәcәyini bildirdiyini deyib.

Fransa lideri Vladimir Zelenskinin Ukrayna sәrhәdindәki hәrbi tәzyiqә qarşı nümayiş etdirdiyi soyuqqanlılığına görә mәmnun olduğunu söylәyib.

Ukrayna sәrhәdindә gәrginliyin artma ehtimalının olduğunu ifadә edәn Emmanuel Makron Rusiya vә Ukraynaya sәfәrlәr edәrәk Avropa qitәsindә sabitlik vә tәhlükәsizliyin tәmin edilmәsini hәdәflәdiyini bildirib. O, Putin vә Zelenski ilә keçirdiyi görüşlәrin bu yolda irәlilәmәyә  imkan verәcәyini irәli sürüb.

Emmanuel Makron Ukrayna- Rusiya  böhranı ilә bağlı konkret hәll yollarının tapıldığını irәli sürәrәk Vladimir Zelenski vә Vladimir Putinlә bu mәsәlәni  müzakirә etdiyini dilә gәtirib.

Qarşıdan gәlәn hәftәlәrdә vә aylarda vәziyyәtin normallaşmasını vә gәrginliyin davamlı şәkildә azalmasını istәdiklәrini bildirәn Emmanuel Makron Ukraynanın әrazi bütövlüyünә әhәmiyyәt verdiklәrini qeyd edib.

Fransa ilә Almaniyanın Ukrayna vә Rusiya arasındakı gәrginliyin qarşısını almaq üçün vasitәçiliklә bağlı sәylәrini davam etdirmәk mәsәlәsindә qәtiyyәtli olduğunu ifadә edәn Emmanuel Makron Normandiya Formatına üzv ölkәlәrin liderlәrinin müşavirlәrinin fevralın 10-da Berlindә görüşәcәyini bildirib.



Әlaqәli Xәbәrlәr