Birlәşmiş Millәtlәr Tәşkilatı Myanma ilә bağlı bәyanat verib

Myanma təhlükəsizlik qüvvələrinin keçən ilin  fevral ayında hәyata keçirilәn  çevrilişindən sonra azı 114 uşağı öldürdüyü bildirilir.

1775024
Birlәşmiş Millәtlәr Tәşkilatı Myanma ilә bağlı bәyanat verib

Myanma təhlükəsizlik qüvvələrinin keçən ilin  fevral ayında hәyata keçirilәn çevrilişindən sonra azı 114 uşağı öldürdüyü bildirilir.

Birləşmiş Millətlər Təşkilatının  sözçüsü Fərhan Haq deyib: “2021-ci ilin  fevral ayının  1-də hәyata keçirilmiş  çevrilişdən sonra azı 18-i yanvar ayında olmaqla 3-17 yaş arası  azı 114 uşaq təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb’’.

Xəsarət alan uşaqların sayının daha çox olduğunu bildirən Haq tәhlükәsizlik qüvvәlәrinә  Myanmanın 2019-cu ildə imzaladığı BMT-nin Uşaq Hüquqları Konvensiyası çәrçivәsindә götürdüyü öhdәliklәri xatırladıb.

Xatırladaq ki, fevralın 1-də Myanma ordusu  ölkənin xarici işlər nazirini, dövlət müşaviri Aun San Su Çjini və başqa yüksәk vәzifәli  şəxsləri saxlayaraq hakimiyyətin ələ keçirildiyini bildirmişdi vә  ölkәdә fövqәladә vәziyyәt rejimi elan etmişdi.

Myanma xalqı fevralın 6-da demokratiyanın yenidən təmin olunması üçün etiraz aksiyaları keçirməyə başlamışdı. Myanma ordusunun nümayişçilәrә sәrt müdaxilәsi nәticәsindә 902 nәfәr hәyatını itirib.

Siyasi Məhbuslara Yardım Təşkilatı (AAPP)  isә ordunun sәrt müdaxilәsi nәticәsindә 1400 aksiyaçının öldüyünü, 10 minә yaxın aksiyaçının da saxlanıldığını bildirib.

Qeyd edәk ki, ölkәdә etiraz aksiyaları davam edir.

 



Әlaqәli Xәbәrlәr