Qeyri-sabit hava şəraiti səbəbindən minlərlə aviareys təxirə salındı

ABŞ-ın mərkəzi ərazilərində qar fırtınası səbəbindən 4000-dən çox aviareys təxirə salınıb, 100 minə yaxın insanın elektrik enerjisi kəsilib.

1773402
Qeyri-sabit hava şəraiti səbəbindən minlərlə aviareys təxirə salındı

"FlightAware"in açıqladığı məlumata görə təxminən 100 milyon insanın yaşadığı bölgədə həyatı ifliç edən qar fırtınası  səbəbindən  4000-dən çox uçuş ləğv edilib. Ölkənin cənub və orta qərb ştatlarında güclü külək və buzlanma səbəbindən yollarda və elektrik xətlərində daha ciddi problemlərin yaşana biləcəyinin ehtimal olduğu bildirilir. Qeyd edilir ki, qar yağması səbəbindən Missuri ştatında magistral yollar bağlanıb, İndianada çoxlu qəzalar baş verib, Nyu Meksikoda isə əksər dövlət idarələri tətil edilib.

Milli Meteoroloji Xidmətin saytında paylaşılan məlumatda isə güclü qar yağışının Texasdan New England bölgəsinə qədər geniş bir ərazidə davam edəcəyi və ölkənin cənubunda bəzi ştatlarda daşqınların ola biləcəyi bildirilib.  Kommunal xidmətlərə nəzarət edən “PowerOutage”in məlumatına görə, qeyri-sabit hava şəraiti səbəbindən bu gün səhərdən etibarən Texasda təxminən 70 min, Arkanzasda isə 25 min insanın elektrik enerjisi kəsilib.



Әlaqәli Xәbәrlәr