Aİ Yunanıstan sərhədində donaraq ölən qanunsuz miqrantlarla bağlı hadisəyə münasibət bildirdi

Avropa İttifaqının (Aİ) Daxili İşlər Komissiyasının üzvü İlva Yohansson Türkiyə-Yunanıstan sərhədində 19 qanunsuz miqrantın donaraq ölməsi ilə bağlı hadisənin araşdırılmasının vacibliyini bildirib.

1773358
Aİ Yunanıstan sərhədində donaraq ölən qanunsuz miqrantlarla bağlı hadisəyə münasibət bildirdi

Avropa İttifaqının (Aİ) Daxili İşlər Komissiyasının üzvü İlva Yohansson Türkiyə-Yunanıstan sərhədində 19 qanunsuz miqrantın donaraq ölməsi ilə bağlı hadisənin araşdırılmasının vacibliyini bildirib.

Yohansson Ədliyyə və Daxili İşlər Nazirləri Şurasından sonra "Yunanıstanın naziri ilə görüşdünüz. Bununla bağlı nə deyə bilərsiniz?" sualına cavab verib.

O, qanunsuz miqrantların donaraq ölməsini “dəhşətli” hadisə kimi xarakterizə edərək, "Bu barədə hələ də çox az məlumatımız var. Bu, heç vaxt olmamalı idi. Mühacirlər yəqin ki, Aİ-yə girmək istəyərkən ölüblər. Mən bu məsələni burada olan Yunanıstan nazirinə çatdırdım. Onun məsələ ilə bağlı hər hansı məlumatı olub-olmadığını soruşdum. Çox az məlumat var idi. Biz vəziyyəti araşdırıb daha çox şey öyrənməliyik" deyib.

Yohansson vurğulayıb ki, son hadisə Aİ üçün düzgün immiqrasiya və sığınacaq siyasətinin olmasının vacibliyini göstərir.

Aİ dəyərlərini vurğulayan Yohansson deyib:

"Bəli, biz sərhədlərimizi qorumalı və qanunsuz gəlişlərin qarşısını almalıyıq. Amma biz bunu həm də öz dəyərlərimizə uyğun olaraq etməliyik və sığınacaq istəmə hüququnu qorumalıyıq. Çox sayda insan ölür.

Bu son hadisədən başqa Aralıq dənizi və Atlantik marşrutları üzərindən də Aİ sərhədlərinə çatmağa çalışan çoxlu sayda insanın həyatını itirdiyini gördük. Bu, insanların həyatını itirməsinin qarşısını almaq üçün üçüncü ölkələrlə daha güclü əməkdaşlıq etməyimizin güclü səbəbidir”.

Xatırladaq ki, Türkiyənin Edirne şəhərinin Paşaköy kəndinin Mandakoru məhəlləsində çərşənbə günü donaraq ölən 11 qanunsuz miqrantın cəsədi tapılıb.

Xəstəxanaya yerləşdirilən bir miqrantın isə həyatını xilas etmək mümkün olmayıb 

Daxili işlər naziri Süleyman Soylu donaraq ölən mühacirlərin ayaqqabı və paltarlarının çıxarıldığını və Yunanıstan sərhəd qoşunları tərəfindən geri itələndiyini bildirib.

Komandalar fevralın 3-də də eyni bölgədə donaraq ölən 7 qanunsuz miqrantın cəsədini tapıb.



Әlaqәli Xәbәrlәr