Aİ, NATO, ATƏT və ABŞ nümayəndələri arasında telefon danışığı olub

Avropa İttifaqı (Aİ), NATO, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və Amerika Birləşmiş Ştatlarının rəsmiləri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun göndərdiyi məktuba cavabı müzakirə ediblər.

1772036
Aİ, NATO, ATƏT və ABŞ nümayəndələri arasında telefon danışığı olub

Avropa İttifaqı (Aİ), NATO, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və Amerika Birləşmiş Ştatlarının rəsmiləri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun göndərdiyi məktuba cavabı müzakirə ediblər.

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Cozep Borrelin ofisindən verilən açıqlamaya görə, dördtərəfli telefon danışığı Borrell, ABŞ dövlət katibi Entoni Blinken, NATO-nun baş katibi Yens Stoltenberq və  ATƏT-in növbəti sədri Polşa adından xarici işlər naziri Zbiqnev Rau arasında baş tutub. 

Açıqlamaya görə, telefon söhbəti zamanı “Rusiyanın Ukrayna daxilində və ətrafındakı hərbi yığınağı, Lavrovun 31 yanvar tarixli məktubu da daxil olmaqla, Moskvanın Avropa təhlükəsizliyinin yenidən təşkili tələbləri ilə bağlı inkişaflar və diplomatik fəaliyyətlər” müzakirə edilib.

“Veriləcək cavablar hazırlanarkən Borrell, Blinken, Stoltenberg və Rau Avropa təhlükəsizlik qurğusunun əsas prinsiplərinin qorunub saxlanmasının zəruriliyini bir daha təsdiqlədilər” deyilib.

Görüşdə belə müzakirələrdə düzgün platforma kimi ATƏT-in əhəmiyyətinin vurğulandığı qeyd edilib.

Rusiya dekabrda ABŞ və NATO-ya göndərdiyi Avropada təhlükəsizlik zəmanətləri haqqında saziş təklifində NATO-nun şərqə doğru genişlənməsindən əl çəkməyi və qüvvələrini Şərqi Avropadan çıxarmağı tələb edib.

NATO və ABŞ-ın ötən həftə verdiyi cavabda isə NATO-nun açıq qapı siyasətinin davam edəcəyi, silahlara nəzarət və tərksilah kimi mövzularda danışıqlara hazır olduğu bildirilib.

Fevralın 1-də Amerika mətbuatında yer alan xəbərlərdə ABŞ rəhbərliyinin Rusiyadan yanvarın 31-də məktub aldığı, ABŞ Dövlət Departamenti rəsmilərinin məktubun məzmunu ilə bağlı şərh vermədiyi bildirilib.



Әlaqәli Xәbәrlәr