Qətər Əmiri: "Bayden ilə məhsuldar görüş keçirdik"

Qətər Əmiri Təmim bin Həməd Al Tani ABŞ Prezidenti Co Bayden ilə görüşlərinin məhsuldar olduğunu bildirib.

1771603
Qətər Əmiri: "Bayden ilə məhsuldar görüş keçirdik"

Qətər Əmiri Təmim bin Həməd Al Tani ABŞ Prezidenti Co Bayden ilə görüşlərinin məhsuldar olduğunu, iki ölkə arasında strateji tərəfdaşlıq kontekstində beynəlxalq və regional hadisələri müzakirə etdiklərini bildirib.

Əmir Təmim ABŞ-ın paytaxtı Vaşinqtonda Baydenlə görüşdükdən sonra sosial mediada "Twitter" hesabından etdiyi paylaşımda "Co Baydenlə görüşlərimiz məhsuldar oldu. Görüşlər zamanı iki ölkə arasında strateji tərəfdaşlıq kontekstində beynəlxalq və regional hadisələrlə bağlı perspektivlərimizi müzakirə etdik" deyib.
Təmim regionda sabitlik və sülhün təmin edilməsi üçün ABŞ və Qətər arasında tərəfdaşlığın gündən-günə gücləndiyini vurğulayıb.

Co Bayden dövründə Körfəz ölkələrindən ABŞ-a səfər edən ilk lider olan Qətər Əmiri Təmim bazar günü adı çəkilən ölkədə olub.



Әlaqәli Xәbәrlәr