Fransada müsəlmanlara qarşı düşmənçilik artaraq davam edir

Fransanın cənub-qərbində yerləşən Bon-Enkontr şəhərində sahibi və işçiləri müsəlman olan qida marketə hücum təşkil edilib.

1770880
Fransada müsəlmanlara qarşı düşmənçilik artaraq davam edir

TRT-nin Fransanın “La Depeche” qəzetinə istinad etdiyi xəbərə görə hadisə ötən gecə törədilib. Qeyd edilib ki, yandırılan marketin divarına nasistlərin simvolu olan svastika (qammalı xaç) çəkilib. Yanğında noyabr ayında açılan qida marketin bütün interyeri zərər görsə də, xəsarət alan olmayıb. Polis hadisə ilə əlaqəli istintaq başladıb.

Radikal solçu Fransa Dözülməz Hərəkatının deputatı Mathilde Panot, sosial media hesabı “Twitter”də hadisəni pisləyib.

Fransız yazıçısı və siyasətçisi Tomas Portes də sosial media hesabından paylaşdığı açıqlamada: “Belə irqçi hücumlar dəhşətlidir. Cinayətkarlar ciddi şəkildə cəzalandırılmalıdır”.



Әlaqәli Xәbәrlәr