Vladimir Zelenski jurnalistlәrin suallarını cavablandırıb

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi halında heç bir ölkə Ukraynanı müdafiə etməyəcək.

1770017
Vladimir Zelenski jurnalistlәrin suallarını cavablandırıb

 

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi halında heç bir ölkə Ukraynanı müdafiə etməyəcək.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Ukraynanın paytaxtı Kiyevdә mәtbuat nümayәndәlәrinin suallarını cavablandıran Vladimir Zelenski deyib: ‘‘Rusiya genişmiqyaslı işğala qərar verərsə, heç bir ölkə Ukraynanı müdafiə etməyəcək. Bu isə NATO üçün çox qorxuludur. Çünki Ukrayna NATO-ya alınarsa, sonradan nəsə olarsa, onu müdafiə etmək lazım gələcək və bu, NATO üçün çox ciddi çağırışdır.Bəzi Avropa ölkələri belə düşünür və Ukraynanı qəbul etmək riskinə getmək istəmirlər. Genişmiqyaslı müharibə olarsa, o zaman bu müharibə bəzi NATO ölkələrinin sərhədlərində də olacaq”, - deyə Vladimir Zelenski bildirib.

Eyni zamanda, Ukrayna prezidenti  qeyd edib ki, ölkə ətrafında eskalasiya artmayıb, lakin bununla bağlı bəyanatlar çaxnaşmaya səbəb olub və bu da öz növbəsində Ukrayna maliyyə bazarına mənfi təsir edib.

Müharibənin  olub-olmayacağını dəqiq söyləməyin mümkün olmadığını qeyd edən Vladimir Zelenski deyib:“Müharibə ola bilər. Əgər genişmiqyaslı müharibə olacaqsa, bu yalnız Ukrayna әrazisindә olmayacaq. Bu informasiya və kiberhücumları əhatə edən hibrid müharibə olacaq”.

Ukraynanın hər cür ssenariyə hazır olduğunu vurğulayan Vladimir Zelenski bildirib ki, mümkün olan hər şəkildə hazırlaşırıq. Hesab edirəm ki, sakit hərbi hazırlıq və diplomatiya tətbiq edilməlidir. Biz yüksək ehtimallı təhdidlərə hazırlaşırıq.

Rusiya prezidenti Vladimir Putinlə hәr növ formatda görüşməyə hazır olduğunu bildirən Ukrayna lideri deyib: ‘‘ Putin məni niyə Soçiyə dəvət edir, xizәk sürmәyә? Onda Odessada görüşək, dənizdə üzәk’’.

Vladimir Zelenski hәmçinin Rusiya prezidenti Vladimir Putinlə heç bir formatda görüşməkdən qorxmadığını vurğulayıb.



Әlaqәli Xәbәrlәr