Avropa İttifaqı Rusiya ilә bağlı bәyanat yayıb
Avropa İttifaqı Aİ-na üzv bәzi ölkәlәrin rәsmilәrinә Rusiyaya daxil olmalarına qadağa qoyan Rusiyaya cavab addım atacağını açıqlayıb.
1770020

Avropa İttifaqı Aİ-na üzv bәzi ölkәlәrin rәsmilәrinә Rusiyaya daxil olmalarına qadağa qoyan Rusiyaya cavab addım atacağını açıqlayıb.
Bu barәdә Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef Borrelin ofisindәn verilәn bәyanatda bildirilib.
Bәyanatda bu ifadәlәrә yer verilib: ‘‘Avropa İttifaqı Rusiya orqanlarının qәbul etdiyi bu qәrara görә narahatdır. Bu qәrara lazımi cavab verilәcәk. Rusiyanın atdığı addım gәrginliyi azaltmır, daha da Avropada gәrginliyi artırır’’.
Әlaqәli Xәbәrlәr

Ukrayna Rusiyanın hәrbi itkilәrinin yeni sayını açıqlayıb
Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.