Tonqada güclü zəlzələ baş verib
Sakit okeanda ada ölkəsi olan Tonqada 6,2 bal gücündə zəlzələ baş verib.
1769217

ABŞ Geoloji Tədqiqat Xidməti (USGS) ocağı 4,2 kilometr dərinlikdə olan zəlzələnin episentrinin Panqaidən 225 kilometr şimal-qərbdə olduğunu açıqlayıb. Sakit okeanda təxminən 170 adadan ibarət olan Tonqanın paytaxtı Nuku'alofanın 65 kilometr şimalında yerləşən vulkan yanvarın 15-də püskürməyə başlayıb. Partlayışdan sonra Tonqa, Yeni Zelandiya, ABŞ, Kanada, Çili və Yaponiya üçün “sunami” üçün xəbərdarlıq edildi.