Şimali Koreya Yapon dənizinə doğru naməlum mərmi atıb
Bu barǝdǝ Cənubi Koreyanın Birlǝşmiş Qǝrargah Rǝislǝri Komitǝsi mǝlumat yayıb.

Şimali Koreya Xalq Demokratik Respublikası Yapon dənizi istiqamətində mərmi atıb.
Bu barǝdǝ Cənubi Koreyanın Birlǝşmiş Qǝrargah Rǝislǝri Komitǝsi mǝlumat yayıb. Mǝlumatda qeyd olunub ki, Şimali Koreya yerli vaxtla saat 08.00 radǝlǝrindǝ Yapon dǝnizi istiqamǝtindǝ namǝlum mǝrmi buraxıb.
Mǝlumatda atılan mǝrminin ballistik olma ehtimalının yüksǝk olduğu bildirilib.
Yaponiya hökumǝti mǝrminin iqtisadi zonadan kǝnara düşdüyünü açıqlayıb.
Yaponiya Baş naziri Kişida Fumio Şimali Koreyanın hǝrbi fǝaliyyǝtlǝrini izlǝmǝyǝ davam edǝcǝklǝrini bildirib. Kişida raket sınağı ilә bağlı etiraz notasını Pxenyan rәhbәrliyinә çatdırıldığını qeyd edib.
Qeyd edǝk ki, Şimali Koreya bu il artıq 6 silah sınağı keçirib.
Әlaqәli Xәbәrlәr

Belçikadan 21 günlük karantin tətbiqi qərarı
Belçika meymunçiçəyi xəstələri üçün 21 günlük karantin tətbiq edir