Taliban Norveçdə keçirilən görüşlərdən məmnundur

Taliban Norveçdə keçirilən görüşlərdən məmnunluğunu bildirib

1768212
Taliban Norveçdə keçirilən görüşlərdən məmnundur

  “Əfqanıstanın Taliban hökumətinin rəsmi nümayəndələrinin Norveçə səfəri çərçivəsində keçirdiyi görüşlər nailiyyətdir”. Hökumətin Osloda səfərdə olan nümayəndə heyətinin üzvləri jurnalistlərə müsahibəsində həmin görüşləri belə dəyərləndiriblər.

  Taliban rəhbərliyinin üzvü, Əfqanıstan İslam Əmirliyinin Xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Muttaki deyib: “Norveçin bizə bu imkanı verməsi faktı öz-özlüyündə bizim üçün nailiyyətdir. Bu görüşlərdən sonra biz Əfqanıstanın humanitar, tibb və təhsil sektorlarında mütləq dəstək alacağıq”.

  Qeyd edək ki, Taliban hərəkatının nümayəndə heyəti yanvarın 23-ündə Norveçə səfər edib. Norveç hökuməti bütün əlavə xərcləri öz üzərinə götürüb və bu, cəmiyyətdə mübahisələr və böyük narazılıq doğurub. Bununla yanaşı, Əfqanıstanda yaranmış humanitar böhranın yüngülləşdirilməsi yolları üç günlük danışıqlar çərçivəsində müzakirə olunur. Qapalı keçən görüşlərdə talibançılarla yanaşı, dünyanın bir sıra böyük ölkələrindən olan nümayəndə heyətləri də iştirak edir.

 



Әlaqәli Xәbәrlәr