Somalidə indi tədbir görülməzsə, sonra gec olar

Birləşmiş Millətlər Təşkilatına bağlı Beynəlxalq Miqrasiya Təşkilatı (İOM) Yerdəyişmə İzləmə Mərkəzinin Somalidə get-gedə yayılan və hökumətin Fövqəladə Vəziyyət elan etməsinə səbəb olan quraqlıqla bağlı məlumat paylaşıb

1768198
Somalidə indi tədbir görülməzsə, sonra gec olar

 

  Somalidə quraqlığa qarşı tədbir görülməzsə, 6 ay içində 1 milyon 36 min ilə 1 milyon 415 min arası adamın evini tərk edə biləcəyi xəbərdarlığı edildi.

  Birləşmiş Millətlər Təşkilatına bağlı Beynəlxalq Miqrasiya Təşkilatı (İOM) Yerdəyişmə İzləmə Mərkəzinin Somalidə get-gedə yayılan və hökumətin Fövqəladə Vəziyyət elan etməsinə səbəb olan quraqlıqla bağlı məlumat paylaşıb.

  Son 40 ilin su qıtlığının yaşandığı ölkədə su qaynaqları və quyuların bir-bir quruduğunun vurğulandığı məlumatda yazılır: “Su problemi indiyə qədər ölkədə 3,2 milyon adama mənfi təsir edib. Təxminən 245 min adam qida, su və heyvan otladacaq sahə tapa bilmək üçün evini tərk etmək məcburiyyətində qalıb.

  Quraqlığın təsirli olduğu bölgələrə su və təməl qida yardımı edilməzsə, 6 ay içində 1 milyon 36 min ilə 1 milyon 415 min arası adam evlərini tərk edə bilər”.

  Sözügedən mövzu ilə bağlı Beynəlxalq Miqrasiya Təşkilatının Somali Fövqəladə Vəziyyət üzrə koordinatoru Məhəmməd Əbdüləzim də belə deyib: "İndi müdaxilə etsək, çox adamın evini tərk etməsinin qarşısını ala bilərik.

  Beynəlxalq Miqrasiya Təşkilatı Somalidəki 103 ayrı-ayrı bölgəyə su yük maşını və gigiyena ləvazimatı göndərəcək.

  Quraqlığın olduğu bölgələrə ardıcıl su təmin edilməsi üçün qazma quyuları açılacaq.

  Məcburi köçlər metropol şəhərlərdə həddindən artıq əhali artımına gətirib çıxararaq sağlıq sistemini çətin vəziyyətə sala bilər. Bunun qarşısını almaq üçün təxminən 255 min adama göndərilməsi planlanan təcili yardımların martın sonuna qədər ünvanlarına çatmalıdır”.



Әlaqәli Xәbәrlәr