Polşa Belarusla sərhəddə divar tikir

Polşa Belarusdan gələn qeyri-qanuni mühacirlərin sayının artması nəticəsində sərhəddə tikməyə qərar verdiyi divarın qoyulmasına başlayıb.

1768412
Polşa Belarusla sərhəddə divar tikir

Polşa Belarusdan gələn qeyri-qanuni mühacirlərin sayının artması nəticəsində sərhəddə tikməyə qərar verdiyi divarın qoyulmasına başlayıb.
1,6 milyard zlotiyə (təxminən 350 milyon avro) başa gələcək 186 kilometr uzunluğunda divar tikintisinin iyun ayında başa çatdırılması planlaşdırılır.

Yay aylarından etibarən qeyri-qanuni mühacirlərin sayının artması səbəbindən sərhəddə divar tikməyə qərar verən Polşa rəhbərliyi Sərhəd Mühafizə Şöbəsi (Straz Graniczna) sosial media hesabından yayımlanan videoçarx ilə tikintiyə başladığını açıqlayıb.

Polşa-Belarus sərhəd xətti boyunca 4 fərqli bölgədə eyni vaxtda başladığı bildirilən divarın uzunluğunun 186 kilometr olacağı bildirilib.



Әlaqәli Xәbәrlәr