Floridada qayığın batması nәticәsindә 39 nәfәr itkin düşüb
Bu barәdә ABŞ Sahil Mühafizә Xidmәti mәlumat verib.
1768560

Amerika Birlәşmiş Ştatlarının Florida ştatı sahillәrindә qayığın batması nәticәsindә 39 nәfәr itkin düşüb.
Bu barәdә ABŞ Sahil Mühafizә Xidmәti mәlumat verib. Mәlumatda Fort Pierce İnlet bölgәsindәn 72 kilometr şәrqdә bir adamın xilas edildiyi bildirilib.
Xilas edilәn şәxsin qayığın göyәrtәsindә özündәn başqa 39 nәfәrin olduğunu söylәdiyi vurğulanıb. Sahil Mühafizә Xidmәti olayın insan qaçaqmalçılığı ilә әlaqәsinin olduğunu istisna etmәyib.
Qeyd edәk ki, itkin düşmüş şәxslәrin tapılması istiqamәtindә axtarış-xilasetmә әmәliyatları aparılır.
Әlaqәli Xәbәrlәr

Ukrayna Rusiyanın hәrbi itkilәrinin yeni sayını açıqlayıb
Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.