Cen Psaki: ‘‘ABŞ hәr cür ssenariyә hazırdır’’

Amerika Birlәşmiş Ştatları prezidenti Co Bayden Ukraynaya hәrbçi göndәrmәyәcәyini bildirib.

1768373
Cen Psaki: ‘‘ABŞ hәr cür ssenariyә hazırdır’’

Amerika Birlәşmiş Ştatları prezidenti Co Bayden Ukraynaya hәrbçi göndәrmәyәcәyini bildirib.

Ağ Evin mәtbuat katibi Cen Psaki keçirdiyi gündәlik mәtbuat konfransında Rusiyanın Ukraynanı işğal etmәsi ilә bağlı tәhlükәnin davam etdiyini ancaq bunun nә zaman olacağı ilә bağlı tәxminlәrinin olmadığını bildirib.

Amerika Birlәşmiş Ştatlarının hәr cür ssenariyә hazır olduğunu qeyd edәn Cen Psaki deyib: ‘‘Biz diplomatiya yoluna üstünlük veririk ancaq Rusiya-Ukrayna sәrhәdindә hәrәkәtliliyin artığını müşahidә edirik. Hazırda Co Baydenin Ukraynaya hәrbçi göndәrmәk niyyәti yoxdur’’.

Xatırladaq ki, Co Bayden Ukraynanı işğal edәcәyi tәqdirdә Rusiya prezidenti Vladimir Putinә sanksiya tәtbiq edә bilәcәyini söylәmişdi.

Bu barәdә Amerika Birlәşmiş Ştatları prezidenti Vaşinktonda jurnalistlәrә verdiyi açıqlamada bildirmişdi.

NATO-nun şərq qanadında olan ölkələrin müdafiəsi üçün 8500 Amerika əsgərinin hazır vəziyyətdə olduğunu və bu əsgərlərin bir hissəsinin yaxın gələcəkdə Avropaya gedә bilәcәyini ifadə edən Co Bayden qeyd etmişdi ki, NATO-ya üzv heç bir ölkә qorxmasın. NATO olaraq biz onları müdafiә edәcәyik.

Co Bayden Ukraynaya hәrbçi göndәrmәklә bağlı planının olmadığını da vurğulamışdı.



Әlaqәli Xәbәrlәr