Y.Stoltenberq ABŞ vә Aİ liderlәri ilә Rusiya-Ukrayna arasındaki gәrginliyi müzakirә edib
NATO-nun Baş katibi Yens Stoltenberq ilә Amerika Birlәşmiş Ştatları vә Avropa İttifaqına üzv dövlәtlәrin liderlәri onlayn qaydada iclas keçirib.

NATO-nun Baş katibi Yens Stoltenberq ilә Amerika Birlәşmiş Ştatları vә Avropa İttifaqına üzv dövlәtlәrin liderlәri onlayn qaydada iclas keçirib.
Görüşdә Rusiya ilә Ukrayna arasındakı gәrginlik әtrafında fikir mübadilәsi aparılıb vә diplomatik sәylәrin davam etdirilmәsinin vacibliyi vurğulanıb.
Görüşdәn sonra açıqlama verәn Yens Stoltenberq görüşün sәmәrәli keçdiyini deyib.
Ağ Evdәn verilәn bәyanatda bildirilib ki, hәrkәs Rusiya ilә Ukrayna arasında artan gәrginliyin diplomatik yolla hәll edilmәsini arzulayır.
Almaniya vә Fransanın verdiyi bәyanatlarda isә diplomatik sәylәrin davam etdirilmәsinin vacibliyi vurğulanıb vә Normandiya formatındakı iclasların davam etmәsinin zәruriliyi qeyd olunub.
Әlaqәli Xәbәrlәr

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın hәrbi itkilәrinin yeni sayını açıqlayıb
Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.