“Nüvə müqaviləsi çökərsə...” L.Tras

Avam Kamerasında etdiyi çıxışında müzakirələrdə irəliləmənin kifayət qədər olmadığına toxunan nazir sözügedən mövzuda deyib...

1768200
“Nüvə müqaviləsi çökərsə...” L.Tras

 

  İngiltərə Xarici işlər naziri Liz Tras İranla davam etdirilən nüvə müzakirələrinin təhlükəli bir məngənəyə girdiyini söylədi.

  Avam Kamerasında etdiyi çıxışında müzakirələrdə irəliləmənin kifayət qədər olmadığına toxunan nazir sözügedən mövzuda deyib: “İngiltərə müttəfiqləriylə yaxın şəkildə işə davam edir. Ancaq müzakirələr təhlükəli bir məngənəyə girir. İran indi ya bir müqavilə bağlamalı, ya da müqavilənin çöküşündən məsuliyyət daşımaq arasında seçim etməlidir.

  Nüvə müqaviləsi çökərsə, bütün variantlar müstəviyə yatırılacaq.”

  Qeyd edək ki, 2015-ci il nüvə müqaviləsini canlandırmaq məqsədiylə Avstriyanın paytaxtı Viyanada Fransa, İngiltərə, Almaniya, Rusiya və Çin müzakirələr aparır. Amerika Birləşmiş Ştatları isə görüşlərə dolayı yolla qatılır.



Әlaqәli Xәbәrlәr