Nizamsız immiqrantlardan 7-ci donaraq öldü və istintaq başladı

İtaliya Sahil Təhlükəsizlik Xidmətindən verilən yazılı məlumata görə...

1768151
Nizamsız immiqrantlardan 7-ci donaraq öldü və istintaq başladı

 

  Gəmi və təknələrlə Aralıq dənizini keçməyə çalışan nizamsız immiqrantlardan 7-ci donaraq ölüb.

  İtaliya Sahil Təhlükəsizlik Xidmətindən verilən yazılı məlumata görə, idarəyə aid 2 patrul qayığı Lampedusa adasının 20 mil cənubunda göyərtəsində çox sayda qaçqın olan gəmiyə yaxınlaşıb. Xilasetmə əməliyyatı zamanı gəmidə 3 immiqrantın cansız bədəni tapılıb. Qurtarılanlar arasında vəziyyəti pis olan 4 qaçqın isə Lampedusaya çatmadan yolda həyatlarını itirib.

  Bu 7 adamın cəsədi üzərində aparılan ilkin araşdırmalar ölüm səbəblərinin donma olduğunu göstərib. Xilas edilən 280 qaçqın isə Lampedusa adasındakı İmmiqrant Qarşılama Mərkəzinə aparılıb.

  “Rainews” internet saytındakı xəbərdə Lampedusa Bələdiyyə sədri Salvatore Martello sözügedən mövzu ilə bağlı deyib: "Yenə bir tragediya, yenə günahsız qurbanlar üçün ağlayırıq. Bu adada İtaliya hökuməti və Avropa İttifaqı (AB) bizi unutmuş görünsə də, min bir çətinlik içində üzərimizə düşəni etməyə çalışırıq. Amma daha uzun müddət təkbaşına qatlana bilmərik."

  Hadisə ilə əlaqədar Aqriqento (Agrigento) Baş Prokurorluğu istintaqa başlayıb.

  Beynəlxalq Miqrasiya Təşkilatı (İOM) Aralıq dənizi üzrə ofisinin sözçüsü Flavio de Cakamo (Flavio de Giacomo) “twitter”dən paylaşmasında son gələn 7 adamın ölüm xəbərilə Aralıq dənizində 2022-ci ildən bəri həyatını itirən immiqrant sayının 35-ə çıxdığını yazıb.

  Digər tərəfdən, Fransanın qeyri-hökumət təşkilatı Sərhəd Tanımayan Həkimlər (MSF) qurumuna aid “Geo Barents” təcili yardım gəmisi Aralıq dənizində qurtardığı nizamsız 439 immiqrant üçün etibarlı liman gözlədiyini bildirib.

  AGİ informasiya agentliyinin məlumatına görə, Maltaya etibarlı liman çağırışı edən, ancaq cavab ala bilməyən gəmi istiqamətini İtaliyanın Sicilya adasına çevirib.



Әlaqәli Xәbәrlәr