ABŞ vә Aİ liderlәri arasında görüş olub

Amerika Birlәşmiş Ştatları prezidenti Co Bayden Rusiya- Ukrayna sәrhәdindә son dövrdә artan gәrginliklә bağlı avropalı liderlәrlә görüş keçirib.

1768012
ABŞ vә Aİ liderlәri arasında görüş olub

 

Amerika Birlәşmiş Ştatları prezidenti Co Bayden Rusiya- Ukrayna sәrhәdindә son dövrdә artan gәrginliklә bağlı avropalı liderlәrlә görüş keçirib.

Eğ Evdәn verilәn bәyanatda görüşün onlayn qaydada keçirildiyi bildirilib. Bәyanata görә, liderlәr Rusiya-Ukrayna sәrhәdindә yaranmış vәziyyәtlә bağlı narahatlıqlarını ifadә edәrәk Ukraynanın suverenliyinә vә әrazi bütövlüyünә verdiklәri dәstәyi dilә gәtiriblәr.

Bölgәdә artan gәrginliyin diplomatik yolla hәll edilmәsini arzu etdiklәrini ifadә edәn liderlәr Rusiyanın Ukraynaya qarşı hücumlarını artırması halında Rusiyaya tәtbiq olunacaq iqtisadi sanksiyaları da qiymәtlәndiriliblәr.

Görüş zamanı liderlər Avropa İttifaqı (Aİ), NATO və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) vasitəsilə transatlantik müttəfiqlər və tərəfdaşlarla sıx əlaqə saxlamağın әhәmiyyәtinә diqqәt çәkiblәr.

Görüşdә Co Baydenlә yanaşı, Aİ Komissiyasının sədri Ursula fon der Leyen, Avropa Şurasının sədri Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz, İtaliyanın Baş naziri Mario Draqi, NATO-nun baş katibi Yens Stoltenberq, Polşa prezidenti Anjey Duda və Böyük Britaniyanın Baş naziri Boris Conson iştirak ediblәr.



Әlaqәli Xәbәrlәr