Talibançılar Norveçə 3 günlük səfər edəcəklər

Bu barədə Norveç Xarici İşlər Nazirliyi məlumat yayıb

1766812
Talibançılar Norveçə 3 günlük səfər edəcəklər

 

  Əfqanıstan Taliban rəhbərliyinin nümayəndələri danışıqlar üçün Norveçə 3 günlük səfər edəcəklər. Səfər çərçivəsində Əfqanıstanda yaranmış humanitar böhranın həlli yollarının müzakirə edilməsi nəzərdə tutulur. Bu barədə Norveç Xarici İşlər Nazirliyi məlumat yayıb.

  “Bu görüşlər “Taliban”ın legitimlik qazanması və ya tanınması anlamına gəlmir. Bununla belə, biz ölkənin faktiki hakimiyyət orqanları ilə danışa bilməliyik”, - deyə Norveçin xarici işlər naziri Anniken Huitfeldt bildirib. Nazirin sözlərinə görə, Norveç digər ölkələrlə birlikdə Əfqanıstandakı siyasi vəziyyətin daha böyük humanitar fəlakətlərə səbəb olmasına imkan verə bilməz.

  Yanvarın 23-dən 25-dək davam edəcək səfər çərçivəsində Taliban nümayəndələrinin Norveç hökumətinin üzvləri, eləcə də bir sıra digər ölkələrin diplomatları ilə görüşləri gözlənilir. Taliban nümayəndə heyətinin başqa ölkələrdə yaşayan və müxtəlif sahələrdə təcrübəsi olan, ölkəyə faydalı ola biləcək əfqanıstanlılarla da görüşləri nəzərdə tutulub.

 



Әlaqәli Xәbәrlәr