Tunis sahillәrindә qaçqınları daşıyan qayıq batıb, ölәnlәr var

Tunisin Safak şәhәri sahillәrindә qeyri-qanuni qaçqınları daşıyan qayıq batıb.

1766668
Tunis sahillәrindә qaçqınları daşıyan qayıq batıb, ölәnlәr var

Tunisin Safak şәhәri sahillәrindә qeyri-qanuni qaçqınları daşıyan qayıq batıb.

Hadisә nәticәsindә 5 nәfәr hәyatını itirib,6 nәfәr dә itkin düşüb. Mәlumata görә 21 nәfәri xilas etmәk mümkün olub.

Digәr tәrәfdәn İtaliyanın Lampedusa adası sahillәrindә qeyri-qanuni qaçqınları daşıyan qayıq batma tәhlükәsi ilә üzlәşib. İtaliya Sahil Mühafizә Xidmәti 305 qaçqını xilas edib.Hadisә nәticәsindә ölәn olmayıb.

Birlәşmiş Millәtlәr Tәşkilatının Qaçqınlar üzrә Ali Komissarlığının mәlumatına görә, keçәn il Avropaya keçmәyә çalışan 1496 qaçqın hәyatını itirib. Müvafiq dövrdә 66 min 770 qaçqının  Avropaya keçdiyi bildirilib.



Әlaqәli Xәbәrlәr