İsrail qüvvәlәri fәlәstinlilәrә müdaxilә etdi, yaralananlar var

İsrail qüvvәlәri işğal altındakı İordan çayının qәrb sahilindә inşa edilәn qeyri-qanuni yaşayış mәntәqәlәrinә qarşı etiraz aksiyası keçirәn fәlәstinlilәrә müdaxilә edib.

1766570
İsrail qüvvәlәri fәlәstinlilәrә müdaxilә etdi, yaralananlar var

İsrail qüvvәlәri işğal altındakı İordan çayının qәrb sahilindә inşa edilәn qeyri-qanuni yaşayış mәntәqәlәrinә qarşı etiraz aksiyası keçirәn fәlәstinlilәrә müdaxilә edib. Müdaxilә nәticәsindә 10 fәlәstinli yaralanıb, çox sayda adam da gözyaşardıcı qazdan zәhәrlәnib.

Mǝlumata ǝsasǝn, fǝlǝstinlilǝr İordan çayının qǝrb sahilinin Nablus şǝhǝrinin Beyta bölgǝsi başda olmaqla İordan çayının çox sayda bölgǝsindǝ qeyri-qanuni şǝkildǝ inşa edilǝn yaşayış mǝntǝqǝlǝrinǝ qarşı etiraz aksiyası keçirib.

İsrail qüvvǝlǝrinin aksiya iştirakçılarına rezin güllǝ vǝ gözyaşardıcı qazla müdaxilǝ etdiyi bildirilib.

Müdaxilә nәticәsindә 9 fәlәstinli yaralanıb, çox sayda adam da gözyaşardıcı qazdan zәhәrlәnib.

İsrail әsgәrlәrinin Bab Ez-Zaviyә bölgәsindә keçirilәn aksiyaya müdaxilәsi nәticәsindә isә 16 yaşlı bir fәlәstinli yaralanıb.

Digәr tәrәfdәn İsrail polisi Şәrqi Qüdsün Şeyx Cәrrah mәhәllәsindә fәlәstinlilәrin evlәrindәn çıxarılmasına qarşı aksiya keçirәnlәrә dә müdaxilә edib.



Әlaqәli Xәbәrlәr