Cozef Bayden Rusiyanın Ukraynanı işğalı ehtimalından danışıb

Cozef Bayden Rusiya qoşunlarının Ukrayna sərhədindən hər hansı bir şəkildə keçməsinin “işğal” mənasını daşıyacağını və Rusiya üçün bunun nəticələrinin ağır olacağını bildirib.

1766026
Cozef Bayden Rusiyanın Ukraynanı işğalı ehtimalından danışıb

ABŞ Prezidenti Cozef Bayden Rusiya qoşunlarının Ukrayna sərhədindən hər hansı bir şəkildə keçməsinin “işğal” mənasını daşıyacağını və Rusiya üçün bunun nəticələrinin ağır olacağını bildirib.

Byden Ağ Evdə Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı srağa gün dediklərinə aydınlıq gətirərək deyib:

"Rusiya Prezidenti Vladimir Putinlə görüşdə ABŞ-ın bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə ortaya qoyduq. Əgər bölgədə yığınaq edilən Rusiya qoşunları Ukrayna sərhədini keçərsə, bu, işğaldır. Rusiya Ukraynanı işğal edərsə, "ciddi və koordinasiyalı iqtisadi nəticələrlə" üzləşəcək. Buna şübhə yoxdur, əgər Putin işğalı seçsə, Rusiya üçün bunun ağır nəticələri olacaq. Rusiyanın Ukraynaya müdaxilə etmək üçün yarı hərbiləşdirilmiş qüvvələrdən istifadə etməsi ehtimal daxilindədir. Rusiya əsgərləri boz bölgələrdəki hücumlarda forma geyinmir. Bunlara da hazır olmalıyıq".

Bayden əlavə edib ki, rəsmi Kiyev ölkəsinin onlara dəstəyinə şübhə etməməlidir.



Әlaqәli Xәbәrlәr