"Ukraynasız Ukrayna ilə bağlı qərarın alınmayacağına əminəm", V. Zelenski

Ukrayna Prezidenti Vlodomir Zelenski Kiyevdə ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşüb.

1765319
"Ukraynasız Ukrayna ilə bağlı qərarın alınmayacağına əminəm", V. Zelenski
stoltenberg.jpg

Ukrayna Prezidenti Vlodomir Zelenski Kiyevdə ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşüb.

Zelenski "Twitter" səhifəsində etdiyi palyaşımında Blinkenin ölkəsi ətrafında gərginliyin azaldılmasında iştirakını yüksək qiymətləndirib.

ABŞ-ın siyasi və təhlükəsizlik dəstəyinə görə minnətdar olduqlarını ifadə edən Zelenski Ukraynasız Ukrayna ilə bağlı qərarın alınmayacağına əmin olduğunu bildirib.

Digər tərəfdən, NATO-nun Baş katibi Yens Stoltenberq Ukrayna Prezidenti Zelenski ilə görüşüb və alyansın dəstəyini çatdırıb.

Stoltenberq sosial şəbəkədə Zelenski ilə telefon danışığı ilə bağlı açıqlama verib.

“Rusiyanın təhlükəsi qarşısında NATO-nun Ukraynaya güclü dəstəyini ifadə etdiyini” bildirən Stoltenberq NATO müttəfiqlərinin Rusiyanı gərginliyi dərhal azaltmağa çağırdığını bildirib.

Yens Stoltenberq “Biz Rusiya ilə dialoqu bərpa etməyə hazırıq, lakin əsas prinsiplərimizdə güzəştə getməyəcəyik” ifadəsini işlədib.



Әlaqәli Xәbәrlәr