ABŞ: Rusiya hər an Ukraynaya hücum edə bilər

Ağ Evin sözçüsü Cen Psaki: “Rusiyanın hər an Ukraynaya hücum edə biləcəyi bir mərhələdəyik”

1764808
ABŞ: Rusiya hər an Ukraynaya hücum edə bilər

Psaki Ağ Evdə təşkil edilən mətbuat konfransında Ukrayna ilə Rusiya arasındakı gərginliklə bağlı cərəyan edən proseslərə münasibət bildirib. Sözçü ABŞ dövlət katibi Antoni Blinkenin Ukrayna və Almaniyaya səfər edəcəyini, Ukrayna ilə Rusiya arasındakı gərginliyi azaltmaq üçün danışıqlar aparacağını bildirib. Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında dünən telefon danışığı baş tutduğunu ifadə edən Psaki, iki həmkarın Cenevrədə görüşmək barədə razılığa gəldiklərini, Blinkenin görüş zamanı gərginliyi azaltmaq üçün Rusiyaya xəbərdarlıq edəcəyini qeyd edib.

Ukrayna ilə Rusiya arasında yaranan gərginliyə görə, sərhəddə on minlərlə əsgər toplayan Rusiya prezidenti Vladimir Putinin məsuliyyət daşıdığını ifadə edən Psaki: “ hazırda vəziyyət xeyli təhlükəlidir. Elə bir mərhələdəyik ki, Rusiya hər an Ukraynaya hücum edə bilər. Blinken Cenevrədəki görüşdə bununla bağlı diplomatik yol olduğunu açıq şəkildə bəyan edəcək. Ukraynaya təcavüzün ağır iqtisadi nəticələrinə məruz qalıb qalmamaq Putin və ruslardan asılıdır. Rusiyanın Ukraynaya müdaxiləsi halında atacağımız addımlar aydındır. Belə bir vəziyyətdə iqtisadi sanksiya tədbiqi mövzusunda avropalı tərəfdaşlar ilə yaxın təmaslarımız davam edir”.



Әlaqәli Xәbәrlәr