Sudanda keçirilən etiraz aksiyalarında daha 7 nəfər ölüb

Sudanda mülki idarənin tələbi ilə keçirilən etiraz nümayişlərinə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 7 nəfər həyatını itirib.

1764062
Sudanda keçirilən etiraz aksiyalarında daha 7 nəfər ölüb

Sudanda mülki idarənin tələbi ilə keçirilən etiraz nümayişlərinə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 7 nəfər həyatını itirib.

Sudan Həkimlər Komitəsinin məlumatına görə, hərbçilərin administrasiyanı tərk etməsini tələb edən mülki administrasiya tərəfdarlarının təşkil etdiyi nümayişlərə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 7 etirazçı həyatını itirib.

Beləliklə, ordunun mülki hökuməti buraxıb fövqəladə vəziyyət elan etdiyi 25 oktyabrdan bəri davam edən nümayişlərdə ölənlərin sayı 71-ə yüksəlib.

Sudanın paytaxtı Xartumda və bəzi şəhərlərdə minlərlə insan tam mülki idarəetmə tələbi ilə küçələrə çıxıb.

Keçmiş hakim koalisiya Azadlıq və Dəyişiklik İttifaqı təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı həddindən artıq zorakılıq tətbiq etdiyi üçün bu gündən etibarən iki günlük vətəndaş itaətsizliyinə çağırıb.

Mülki hökumət etirazlarını təşkil edən Sudan Peşəkar Palatalar Birliyi və məhəllələrdəki təşkilatlardan məsul Müqavimət Komitələri də "çevriliş idarəsinin qətliamlarına" cavab olaraq müqavimətin artırılmasını, yolların və küçələrin barrikadalarla bağlanmasını tələb edib. 

Xatırladaq ki, oktyabrın 25-də Sudanda baş verən hərbi müdaxilədən sonra texnokrat hökumət qurmaq üçün vəzifəsinə qaytarılan Baş nazir Abdullah Hamduk siyasi böhranı həll edə bilməməsi və ordu ilə fikir ayrılıqları səbəbindən yanvarın 2-də istefa ərizəsini təqdim etmişdi.

BMT-nin yanvarın 10-da və Şərqi Afrika blokunun Hökumətlərarası İnkişaf Təşkilatı IGAD-ın yanvarın 11-də siyasi böhranın həlli istiqamətində irəli sürdüyü təşəbbüslər hələ ki, heç bir nəticə verməyib.



Әlaqәli Xәbәrlәr