Keniyada Es-Şәbab terror qruplaşmasına qarşı әmәliyyat keçirilib

Keniyada terror tәşkilatı Es-Şәbaba qarşı әmәliyyat keçirilib, nәticәdә 15 terrorçu zәrәrsizlәşdirilib.

1764408
Keniyada Es-Şәbab terror qruplaşmasına qarşı әmәliyyat keçirilib

 

Keniyada terror tәşkilatı Es-Şәbaba qarşı әmәliyyat keçirilib, nәticәdә 15 terrorçu zәrәrsizlәşdirilib.

Yerli media orqanlarının yaydığı mәlumata әsasәn, tәhlükәsizlik qüvvәlәri Lumu qәsәbәsindә terrorçulara qarşı әmәliyyat hәyata keçirib.

Mәlumata әsasәn, Lumu qәsәbәsindә son hәftәlәrdә silahlı vә bombalı hücumlar intensivlәşib. Mәlumatda hәmçinin әmәliyyat zamanı terrorçuların qәsәbәdәki iki düşәrgәsinin  mәhv edildiyi bildirilib. Әmәliyyat zamanı terrorçulara mәxsus çox sayda silah vә sursat әlә keçirilib. Helikopterlәrin dә dәstәk verdiyi әmәliyyat zamanı çox sayda terrorçunun da yaralandığı qeyd olunub.

Yanvarın 6-da Lumu qәsәbәsindә törәdilәn hücum nәticәsindә 7 mülki vәtәndaş, yanvarın 7-dә törәdilәn hücumda isә 4 polis әmәkdaşı öldürülmüşdü.

 

 



Әlaqәli Xәbәrlәr