İsrail qüvvələri 18 fələstinlini nəzarətə götürüb

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində 18 fələstinlini nəzarətə götürüb.

1764306
İsrail qüvvələri 18 fələstinlini nəzarətə götürüb

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində 18 fələstinlini nəzarətə götürüb.

Fələstin mətbuatında yer alan xəbərlərə görə, İsrail qüvvələri İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə basqın edib.

Basqınlar zamanı əksəriyyəti Nablus və Ramallah şəhərlərindən olan 18 nəfər saxlanılıb.

İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə evlərə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif iddialarla fələstinliləri nəzarətə götürür.

İordan çayının qərb sahilində və Şərqi Qüdsdə adi hala çevrilən həbslərdən sonra qadın və uşaqlar da daxil olmaqla bəzi fələstinlilər günlərlə təcridxanalarda saxlanılır.



Әlaqәli Xәbәrlәr