Dünya İqtisadi Forumunda yeni növ koronavirus epidemiyasının gələcəyi müzakirə olunub

Səhiyyə mütəxəssisləri Dünya İqtisadi Forumunda yeni növ koronavirus (Covid-19) epidemiyasının gələcəyini və epidemiyadan sonrakı yeni normalı müzakirə ediblər.

1764060
Dünya İqtisadi Forumunda yeni növ koronavirus epidemiyasının gələcəyi müzakirə olunub

Səhiyyə mütəxəssisləri Dünya İqtisadi Forumunun (WEF) "2022 Davos Gündəliyi" toplantıları çərçivəsində yeni növ koronavirus (Covid-19) epidemiyasının gələcəyini və epidemiyadan sonrakı yeni normalı müzakirə ediblər.

İsveçrənin Cenevrə şəhərində keçirilən və jurnalist Frankine Lakqua tərəfindən idarə olunan "Covid-19: Növbədə nə var?" mövzulu paneldə "Covid-19" peyvəndi istehsalçılarından biri olan "Moderna" şirkətinin baş icraçı direktoru Stefan Bancel, Epidemik Hazırlıq və İnnovasiya Koalisiyasının (CEPI) direktoru Riçard Hatçett, ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu direktoru Entoni Fauci  və London Gigiyena və Tropik Tibb Universiteti müəllim professor Annelies Vilder-Şmith natiq olaraq iştirak ediblər.

Fauci bəşəriyyətin tarixdə tamamilə məhv edə biləcəyi yeganə epidemiya xəstəliyinin çiçək xəstəliyi olduğunu, "Covid-19"-un belə başa çata bilməyəcəyini vurğulayıb.

O, “Bu virusun məhv olması, virusun sizin ölkədə yox, amma onun haradasa mövcudluğu şəklində baş verəcək” deyib.

"Moderna" şirkətinin baş icraçı direktoru Bancel virusun "Omicron" variantına qarşı hazırkı "Covid-19" peyvəndlərinin effektivliyindən danışdıb.

O xatırlatma dozalı peyvəndlərin "Omicron"a qarşı immunitetin gücləndirilməsində əhəmiyyətli olduğunu aşkarladıqlarını ifadə edib:

"Hazırda 2022-ci ilin sonuna qədər peyvəndlərimizi necə yeniləmək üzərində işləyirik".

Professor Vilder-Şmith də "Covid-19"-un təkamül prosesi haqqında, "Omicron sonuncu variant olmayacaq. Əslində, böyük ehtimalla yeni variant ortaya çıxacaq. Bu variantın nə vaxt və harada görünəcəyini, ən əsası hazırkı variantdan daha təhlükəli olub-olmayacağını bilmirik" deyib.

Qlobal epidemiyanın təsirlərinin 2022-ci ildə azalacağını nəzərdə tutan CEPI direktoru Hatchett deyib:

""Omicron"dan sonra bir çox ölkədə yeni variantların ortaya çıxması ilə epidemiyada daha sakit bir dövrə girə bilərik" deyib.



Әlaqәli Xәbәrlәr