Antonio Quterreş qlobal iqtisadiyyata dair açıqlama verib

Qlobal iqtisadi canlanma dövründə hər 10 dollardan 8-i inkişaf etmiş ölkələrdə xərclənir.

1764091
Antonio Quterreş qlobal iqtisadiyyata dair açıqlama verib

Bunu  Dünya İqtisadi Forumu “2022 Davos Gündəliyi”nə videomüraciət  ünvanyaşyan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş  deyib. Tədarük zəncirindəki problemlər və yüksək inflyasiyanın iqtisadi canlanmanı yavaşlatdığını  ifadə  edən  Baş  Katib   İnkişaf etmiş ölkələrdə yeni növ koronavirus (Covid-19) əliyhinə vaksinasiya    nisbətinin  Afrika ölkələrindən 7 dəfə yüksək olduğuna  diqqət  çəkib  və əczaçılıq şirkətlərini peyvənd lisenziyalarını inkişaf etməkdə olan ölkələrlə paylaşmağa çağırıb. Qlobal iqtisadi canlanmanın kövrək və qeyri-sabit olduğunu, bərpa prosesində 10 dollardan 8-nin inkişaf etmiş ölkələrdə xərcləndiyini,  aşağı gəlirli və inkişaf etməkdə olan ölkələrdə iqtisadi artımın xeyli yavaşladığını, bu ölkələrin borclarının yenidən strukturlaşdırılmasının  vacib  olduğunu vurğulayıb.   



Әlaqәli Xәbәrlәr