Ann Linde Rusiya ilә Ukrayna arasındaki böhranı qiymәtlәndirib

İsveçin xarici işlәr naziri Ann Linde bildirib ki,  Rusiyanın Ukrayna vә әtrafında gәrginliyin sәviyyәsini artırması qәbuledilmәzdir.

1764616
Ann Linde Rusiya ilә Ukrayna arasındaki böhranı qiymәtlәndirib

İsveçin xarici işlәr naziri Ann Linde bildirib ki,  Rusiyanın Ukrayna vә әtrafında gәrginliyin sәviyyәsini artırması qәbuledilmәzdir.

Ann Linde müdafiә naziri Peter Hultqvistlә birgә mәtbuat konfransı tәşkil edib.

Rusiya ilә Ukrayna arasındaki böhranı qiymәtlәndirәn Ann Linde  deyib: ‘‘Rusiya Ukraynanın әtrafında gәrginliyi artırır. Rusiyanın bәzi Avropa ölkәlәrinin tәhlükәsizlik sistemini tәhdid etmәsi qәbuledilmәzdir’’.

Bu arada, qoşunlarını Malidən çəkməyi planlaşdırdıqlarını ifadə edən Linde  bu ölkədəki siyasi proseslәrә toxunaraq deyib: ‘‘Hazırki rәhbәrlik fevralda keçiriləcək seçkiləri 5 il müddətinə təxirə salıb’’.

O, Rusiyaya mәxsus “Vaqner” şirkətinin  ölkәdә fәaliyyәt göstәrdiyini vә bu sәbәbdәn dә İsveç  qoşunlarını  bölgədən çıxarmağı planlaşdırdıqlarını deyib.



Әlaqәli Xәbәrlәr