ABŞ-da qar fırtınası

ABŞ-da qar fırtınası səbəbindən 2280 reys təxirə salınıb.

1763601
ABŞ-da qar fırtınası

ABŞ-da qar fırtınası səbəbindən 2280 reys təxirə salınıb.

Uçuş statusunun izlənildiyi "FlightAware" internet saytı yanvarın 16-da Şimali Karolina ştatının Şarlotte şəhərindəki Duqlas Beynəlxalq Hava Limanından uçuşların 90 faizinin ləğv edildiyini açıqlayıb.

ABŞ Milli Meteorologiya Xidməti (NWS) Şimali Karolina, Cənubi Karolina, Corciya və Virciniya ştatlarında fırtına öncəsi fövqəladə vəziyyət elan edib.

Qar fırtınasının təsirli olduğu ştatların dağlıq bölgələrində qar qalınlığının 45 santimetrə çatacağı gözlənilir.

Digər tərəfdən, ölkədə ən azı 221 min insan əlverişsiz hava şəraiti səbəbindən işıqsız qalıb.



Әlaqәli Xәbәrlәr